Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beş üzvü ağır xəstə olan çarəsiz ailə - Şirvan RİH 5 il əvvəl 300 AZN verib...

Ruhi xəstəlikdən əziyyət çəkən övladlar, xəstə ata və onlara baxmaqda çətinlik çəkən ağbirçək ana...

Poliqon xəbər verir ki, söhbət Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şahbazovlar ailəsindən gedir.

Hazırda 87 yaşlı ailə başçısı Çoban Şahbazovun qızı 52 yaşlı Gülnaz Şahbazovanın, oğlanları 53 yaşlı Şamil Şahbazovun və 61 yaşlı Ədalət Şahbazovun, həmçinin nəvəsi 34 yaşlı Şahbaz Şahbazovun diqqətə, qayğıya ehtiyacı var.

Çarəsiz qalan Güləmmər Şahbazova Baku TV-nin qaynar xəttinə müraciət edərək kömək istəyir.

"Evdə beş xəstə var, hamısına mən baxıram. Həyat yoldaşım beş aydır əməliyyat olunub, yeriyə bilmir. Qızım isə onkoloji xəstədir. Bir neçə ay Bakıda müalicə etdirdik, daha sonra pulumuz olmadı. Nəvəmi isə qorumasam kiminsə dalınca düşüb gedə bilər. Hamısı müalicə edilməlidir", - deyə o bildirib.

Ağır şəraitdə yaşayan ailənin vəziyyəti ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Şahbazov Çoban İmanqulu oğluna 2020-ci ildə üç ay 100 AZN, sonra isə hər il bayramlarda maddi yardımlar verilib. 2025-ci ildən isə aztəminatlı ailələrə büdcədən yardımlar ayrılmadığı üçün nəzərdə tutulan maddi yardımlar dayandırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay